Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:03

Çində azı bir milyon tarakan fermadan qaçıb


-
Ənənəvi tibbdə istifadə edilmək üçün yetişdirilən azı bir milyon tarakan fermadan qaçıb.
Bu barədə Çin mətbuatı məlumat yayıb.
Məlumata görə, "naməlum cinayətkar" Jiangsu vilayətində yerləşən və tarakanların yetişdirildiyi plpastik istixananı dağıdıb.
Yerli hakimiyyət zərərvericiləri təmizləmək və dezinfeksiya işləri aparmaq üçün əraziyə mütəxəssislər göndərib.
Ferma sahibi tarakanların yetişdirilməsi üçün 16 min dollardan çox vəsait xərcləyibmiş. O ümid edirmiş ki, həşəratları ənənəvi Çin təbabəti ilə məşğul olanlara satıb gəlir əldə edəcək.
Bəzi insanlar inanırlar ki, tarakanlardan alınan şirə iltihabı azaldır, immuniteti artırır, xərçəng də daxil olmaqla bəzi xəstəlikləri müalicə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG