Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:58
-
AzadlıqRadiosunun «İz» proqramı Azərbaycan Cümhuriyyətinin 90 illik yubileyindən bəri «Cümhuriyyət fədailəri» silsiləsini diqqətə yetirir və həmin silsiləni Cümhuriyyətin 100 illiyinədək davam etdirməyə qərarlıdır.
İndiyədək Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Ceyhun bəy Hacıbəyli, Əlimərdan bəy Topçubaşı, Xəlil bəy Xasməmmədli, Şəfi bəy Rüstəmbəyli ilə sıralanan silsilə istiqlal şairi Əhməd Cavadla davam edir.
Əhməd Cavadın xatirəsini hələ adının yasaqlandığı sovet dönəmində onun ən böyük pərəstişkarlarından sayılan prof. Babaxan Niyazlı və bənzərsiz şairin nəvəsi Anar Axundzadə ilə anırıq.
Avqustun 25-də saat 23-də bir daha istiqlal şairinin izinə düşək, bütün zamanlarda aktual «Susmaram!» şeirinə qulaq kəsilək!

Günün bütün mövzuları

XS
SM
MD
LG