Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:38

Yadigar Sadıqovun həbs müddəti uzadıldı


Yadigar Sadıqov
Yadigar Sadıqov
-
Avqustun 24-də Lənkəran şəhərində keçirilən məhkəmədə Müsavat başqanının müşaviri Yadigar Sadıqovun həbs müddəti daha 25 sutka uzadılıb.

Y.Sadıqovu iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında saxlayıblar. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. R.Kərimov iyunun 25-də Y.Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia edir. Y.Sadıqov isə bu iddianı tamamilə rədd edir, həmin şəxsi döymədiyini və bunun hakimiyyətin quraşdırdığı oyun olduğunu vurğulayır.

İyunun 29-da Lənkəran rayon Məhkəməsi Y.Sadıqov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.
XS
SM
MD
LG