Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:59

Hamid Karzai ABŞ-la razılaşmanı imzalamağa tələsmir


-
Əfqanıstan prezidenti Hamid Karzai bəyan edib ki, 2014-cü ildən sonra ABŞ ordusunun onun ölkəsində iştirakı ilə bağlı razılaşmanı imzalamağa tələsmək lazım deyil.

Karzai-nin fikrincə, razılaşma onun prezidentliyi dövründə imzalanmaya bilər.

ABŞ-ın Birləşmiş Qərargahlar Komitəsinin rəhbəri Martin Dempsey iyulda bildirmişdi ki, bu anlaşmanın oktyabra qədər – Karzai-nin prezidentlik səlahiyyətləri başa çatana kimi imzalanacağına ümid edir.

İyun ayında Əfqanıstan hökuməti Vaşinqtonla hərbi əməkdaşlıq yönündə apardığı danışıqları dayandırıb. Buna səbəb ABŞ və Pakistanın talibançıların Qətərdə nümayəndəlik açmasına dəstək verməsi göstərilir.
XS
SM
MD
LG