Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:56

BMT kimyəvi silah üzrə müfəttişlərinin Suriyaya buraxılmasında israr edir


-
Avqustun 24-də BMT-nin silahsızlaşdırma məsələləri üzrə ali nümayəndəsi Angela Kane Dəməşqə gəlib.

O, Suriya hakimiyyətindən BMT-nin kimyəvi silah üzrə inspektorlarının ölkəyə gəlişinə icazə almağa cəhd göstərəcək. Məqsəd avqustun 21-də Dəməşq ətrafında kimyəvi silahdan istifadə olunub-olunmadığı ilə bağlı araşdırma aparmaqdır.

Bu ərəfədə BMT baş katibi Suriya hökuməti və müxalifətini kütləvi qırğınla bağlı əmr verənlərin kimliyini müəyyənləşdirmək üçün əməkdaşlığa dəvət edib.

Müxtəlif rəqəmlərə görə, kimyəvi hücumun qurbanları 500-1300 arasındadır.

Suriya hökuməti kimyəvi silahdan istifadəylə bağlı ittihamları rədd edir.

ABŞ bildirir ki, indiyədək həmin silahın istifadəsi faktını müəyyənləşdirmək mümkün olmayıb.
XS
SM
MD
LG