Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:12

ABŞ Suriyaya qarşı hərəkətə keçir


-
Suriyada hərbi əməliyyatlara başlamaq haqda qərar veriləcəyi təqdirdə hazır olmaq üçün ABŞ bir neçə hərbi-dəniz gəmisini hərəkətə gətirib.

Bu haqda müdafiə naziri Chuck Hagel bildirib.

Nazirin dediyinə görə, prezident Barack Obama Pentaqona mümkün hərbi əməliyyatlarla bağlı variantlar hazırlamaq üçün müraciət edib.

Chuck Hagel ətraflı məlumat verməkdən imtina edib. O deyib ki, ABŞ Suriyada kimyəvi silahın istifadəsi ilə bağlı araşdırma aparır.

Ötən günlərdə Suriyada yüzlərlə insan həyatını itirib, onların kimyəvi silah nəticəsində öldükləri haqda məlumatlar verilir.

Obama bir qədər öncə bəyan etmişdi ki, kimyəvi silahın istifadəsi dərin narahatlıq yaradır və məlumat təsdiqini tapacağı halda bu məsələ «Amerikanın diqqətini özünə çəkəcək».
XS
SM
MD
LG