Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:09
-
Avqustun 24-də çıxan qəzetlər Milli Şuranın dünənki qərarına – Cəmil Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsinə diqqət çəkiblər.

«Yeni Müsavat» bunu «İbrahimbəyovdan Cəmil Həsənliyə doğru böyük addım» adlandırıb.

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov «Azadlıq» qəzetinə açıqlamasında Cəmil Həsənli ilə bağlı deyib:

«Cəmil Həsənlinin yeni vahid namizəd seçilməsini yüksək qiymətləndirirəm. Mən onu dəstəkləyirəm və seçkidə iştirakım mümkün olmasa, bütün imkanlarımı onun kampaniyasına səfərbər edəcəm. Milli Şura haqqında mənfi fikirlər söyləyirdilər, böhtan yağdırırdılar. Amma bütün bunlara rəğmən biz birliyi qoruyub saxlaya bildik. Bu belə də olmalı idi. Milli Şurada mütərəqqi qüvvələr təmsil olunur. İnanıram ki, biz prosesi qələbəyə apara biləcəyik».

İbrahimbəyov Rusiya vətəndaşlığından çıxarılması ilə bağlı durumdan danışarkən deyib ki, istisna hal kimi onun işinə tez baxıla bilərdi:

«Putinin səfərindən sonra Azərbaycanda kimin Kremlin layihəsi olduğunu hamı bildi. Faktiki olaraq Putin İlham Əliyevə dəstək vermək üçün Bakıya getmişdi. Mənim məsələm də məhz buna görə yubanır. Səmimi deyim ki, indiki vəziyyətdə Putinin mənim sənədlərimə qol çəkəcəyinə inanmıram. Lakin bizim yeni vahid namizədimiz var. Mənim məsələm həll olunmasa, biz hamımız Cəmil müəllimin ətrafında birləşəcəyik və ümid edirəm ki, qalib gələcəyik».

«MİLLİ ŞURA DA DİGƏR TƏŞKİLATLAR KİMİ TARİXİN ARXİVİNƏ ATILACAQ»
Bahar Muradova

Bahar Muradova


«Yeni Azərbaycan» qəzeti Milli Məclisin sədr müavini Bahar Muradovanın müsahibəsini dərc edib. O Milli Şuradan danışarkən deyib:

«Müxalifət düşərgəsində vəziyyətin acınacaqlı olması göz önündədir. Bilirsiniz, insan gərək özünə bəzi işləri rəva görməsin. Əgər bu təşkilatdakı insanlar özlərinə seçki imitasiyası ilə məşğul olmağı rəva görürlərsə, burda nə cəmiyyətin, nə də seçkidə iştirak edən digər tərəflərin heç bir günahı yoxdur. «Milli şura»nın seçdiyi yol budur. Onların məhz bu istiqamətdə getməsi, reallıqları nəzərə almadan fəaliyyət göstərmələri bugünkü acınacaqlı duruma gətirib çıxarıb. Bu qurumda cəmləşən şəxslər özlərini mövcud vəziyyətdən xilas etmək iqtidarında da deyillər. Müxalifət düşərgəsinə ardıcıl xronoloji tarixi baxış etsək, hər dövrdə bu və buna bənzər situasiyaların şahidi olarıq.

Yəni, bu, radikal, nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək, iddialarını reallaşdırmaq mövqeyində olan kiçik qrupun düşdüyü durumdur. Bu, sadəcə həmin adamların şəxsi bioqrafiyasıdır ki, öz fəaliyyətləri ilə perspektivlərinin qarşısına böyük sədd çəkiblər. Ona görə də, adını çəkdiyiniz qurum və ona qədərki təşkilatlar hansı taleyi yaşayıblarsa, həmin tale indi də yaşanmaqdadır».

«ÜMİD ÜNVANI»

«Azərbaycan» qəzeti ölkənin birinci xanımı Mehriban Əliyeva haqqında iki məqalə dərc edib. Onlardan biri «Xeyirxahlıq və mərhəmət işığında», digəri «Ümid ünvanı» adlanır. Birinci məqalənin müəllifi deputat, yazıçı Hüseynbala Mirələmovdur. O yazır: Mehriban Əliyeva

Mehriban Əliyeva


«Xanımın üslubunda hər dəfə Mir Cəlal Paşayev doğmalığının, deyərdim ki, ənənələrinin, ahəngdarlığının, axıcılığının, ardıcıllığının seyrçisi və heyranı oluram. Genlər vasitəsilə babadan nəvəyə keçən sadiq dilçilik, azərbaycançılıq xüsusiyyətləri Mehriban xanımın hər cümləsində, hər fikrində öz əksini tapır».

«AZƏRBAYCANDA UŞAQ ALMAQ ÇƏTİN DEYİL»

«Exo» qəzetinin bugünkü manşeti belədir. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyib ki, Azərbaycanda evdə doğmaq praktikası yetərincə geniş yayılıb. O bunu iki amillə bağlayır - birincisi doğum evlərində xidmətin bahalığıdır və ikincisi də, erkən nikahlardır. Mətanət Əzizovanın dediyinə görə, uşaq evdə doğulduğundan valideynlər onlarla bağlı sənəd almağa da tələsmirlər. Bu da onun qənaətincə, insan alverinə rəvac verir:

«Qadın uşağı evdə dünyaya gətirə, sonra da başqa ailəyə verə bilər».

Buna görə də Mətanət Əzizova evdə doğulan uşaqlara sənəd verilməsini sərtləşdirməyi təklif edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG