Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:48

Prokurorluq Milli Şura ilə bağlı araşdırmaya başlayıb


Azerbaijan -- General Prosecutor's Office, 21Jul2006
Azerbaijan -- General Prosecutor's Office, 21Jul2006

Respublika Prokurorluğundan verilən məlumata görə müxalifət partiyaları və ictimai fəalların birləşdikləri Milli Şuranın ölkədə iğtişaşlar salmağı planlaşdırmasına dair iddianı araşdırmağa başlayıb. Prokurorluq həmin iddianın müəllifi Əfran İbrahimovu bu mövzuda mətbuata verdiyi məlumatlarla bağlı dindirib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, Əfran İbrahimov mətbuata verdiyi açıqlamaları bir daha təsdiq edərək Baş Prokurorluqda verdiyi izahatında Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib”.

Əfran İbrahimov həmin iddiaları yerli mediaya müxalifətin “El” hərəkatının Ali Məclisinin sədr müavini kimi deyib. Bu hərəkatın sədri Eldar namazov Milli Şuranın icra aparatının rəhbəridir. O, jurnalistlərə söhbətində “El” hərəkatında Əfran İbrahimopv adlı adam tanımadığını bildirmişdi.
XS
SM
MD
LG