Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:04

Uşağa qulluğa görə müavinət artırıldı



Avqustun 23-də prezident İlham Əliyev uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətlərin artırılması barədə sərəncam imzalayıb. Bu sənədə görə bir yaş yarıma qədər uşaqlara qulluğa görə müavinət 20 manatdan 30 manata, 3 yaşına qədər uşağa qulluğa görə verilən müavinət isə 10 manatdan 15 manata qaldırılır.

Amma bu kateqoriyadan olan insanlar müavinətləri sentyabrın 1-dən ala biləcəklər.
Son günlər prezident məcburi köçkünlərə verilən çörəkpulunun, eləcə də bir sıra dövlət təşkilatlarında çalışanların əməkhaqlarının 10 faiz qaldırılması haqqında sərəncamlar imzalayıb.

Amma tənqidçilər bunu prezident seçkisi ərəfəsində İlham Əliyevin təbliğatına hesablanmış addım adlandırırlar. Onların fikrincə, belə cüzi artımlarla əhalinin sosial vəziyyətində ciddi irəliləyiş etmək mümkün deyil.
XS
SM
MD
LG