Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:41

Təmas xəttində erməni əsgəri öldürülüb




Ermənistanın Müdafiə Nazirliyi avqustun 23-də Naxçıvanla sərhəddə Azərbaycan tərəfdən açılan snayper atəşi ilə bir erməni əsgərinin öldürülməsi, bir nəfərin də yaralanması barədə xəbər yayıb.

Azərbaycanın Müdafiə Nazirliyi isə bu xəbəri yalan adlandırır. Bakıdan yayılan rəsmi xəbərdə deyilir ki, Naxçıvan istiqamətində həqiqətən də erməni əsgəri öldürülüb, amma o, erməni əsgərlərinin öz aralarında atışmanın qurbanı olub.

1990-cı illərin əvvəllərində Qarabağ uğrunda müharibə aparmış Azərbaycan və Ermənistan 1994-cü ildə atəşkəs imzalayıblar. Amma tez-tez təmas xəttində atışmalarda itkilər olur. Hər dəfə də tərəflər atəşkəsin pozulmasına görə bir-birini ittiham edirlər.
XS
SM
MD
LG