Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:09

ABŞ səfirliyi Rebecca Vincent-in işdən kənarlaşdırılması barədə Əli Həsənovun dediklərini təksiz edir


Rebecca Vincent
Rebecca Vincent
-

ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında insan haqları fəalı Rebecca Vincentin vaxtilə bu səfirlikdəki işindən kənarlaşdırılması barədə xəbərlərin yalan olduğu qeyd edilir. Həmin məlumata görə Azərbaycanın yüksək vəzifəli rəsmisinin çıxışında deyilənlərin əksinə olaraq xanım Vincent 2008-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyinin 3-cü katibi vəzifəsindən qovulmayıb: “Xanım Vincent Azərbaycanda bütün xidmət müddətini layiqincə başa vurub. O, 2008-ci ildə Azərbaycandakı fəaliyyətinə görə Ali Şərəf Mükafatına layiq görülüb.

Azərbaycanda missiyası başa çatandan sonra da xanım Vincent ABŞ-ın BMT-dəki nümayəndəliyində çalışıb. 2008-ci ilin dekbrında isə öz istəyi ilə Dövlət Departamentində işindən istefa verib” – deyə səfirliyin saytında yerləşdirilən məlumatda qeyd edilir.

Rebecca Vincent hazırda Amerika-Britaniya insan haqları müdafiəçisi kimi fəaliyyət göstərir. O, tez-tez Azərbaycanda demokratik azadlıqların pozulmasına dair çıxışlar edir.

Prezident Administrasiyasında İctimai-siyasi şöbənin müdiri Əli Həsənov iyulun 11-də Mətbuat Şurasında çıxışı zamanı Rebecca Vincentin Azərbaycan dövlətinə qarşı müharibə elan etdiyini deyib. Əli Həsənov həmin çıxışında iddia edib ki, xanım Vincent vaxtilə ABŞ-ın Azərbaycadnakı səfirliyində işdən uzaqlaşdırılıb.

Xanım Vincent isə AzadlıqRadiosuna müsahibəsində Əli Həsənovun onun haqqında böhtan danışdığını söyləmişdi.
XS
SM
MD
LG