Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:25

Xabarovskda daşqın güclənir



Rusiyanın şərqində Xabarovsk şəhərində güclü yağışa görə yaranan daşqın genişlənir. Meteoroloqlar hələ qarşıdakı bir neçə gün ərzində də yağışın davam edəcəyini bildirirlər.

Amur çayında suyun səviyyəsi həddən artıq qalxıb. Avqustun 23-də çayda suyun səviyyəsi 718 santımetr olub. Bu da 1898-ci ildə qeydə alınmış record səviyyədən 75 santımetr çoxdur.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zonasından 23 000 nəfərin çıxarıldığını bildirir.

Yerli hakimiyyət orqanları Xabarovskla Komsomolsk şəhərləri arasında Amur çayı üzərindən keçən yolun artıq bağlandığını bildirirlər.
XS
SM
MD
LG