Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:44

Prezident və bu ada iddiaçıların saytları... - [Video]


-

Prezident İlham Əliyevin 10 illik fəaliyyətindən bəhs edən yeni sayt istifadəyə verilib. 7 dildə olan bu sayt prezidentin seçki təbliğatına yönəlib.

Facebook-dan Birbaşa Şərh Yaz
Bəs digər iddiaçıların necə, saytları varmı? Belə saytlar Azərbaycan seçicisinin rəyinə təsir edə bilərmi? Bir sözlə, virtual təbliğatda üstünlüklər və çatışmazlıqlar nədir?

Azadlıq FM-də bunu müzakirə etmişik:

İlham Əliyevin 10 illiyik hakimiyətindən bəhs edən saytda yerləşdirilən şəkillər uğurludurmu* Azərbaycan seçicisinin “sarı simi”nə toxuna bilərmi?

Bəxtiyar Hacıyev:

- Hesab etmirəm toxuna bilər. Yadınızdadırsa, ötən ilin son günlərində bir foto yayılmışdı: Prezident xanımı ilə birgə şam ağacını bəzəyir. Bu, maraqla qarşılanmışdı, doğma gəlmişdi. Bu tipdə şəkillər daha çox təsir edir, nəinki rəsmi şəkillər. Amma belə fotolar xoşbəxt fotolar olmalıdır: prezidentin ailəsində xoşbəxt olduğu məqamları özündə əks etdirən. Ancaq bu da risklidi, çünki Azərbaycanda çox cüzi məsələlərə görə böyük problemlər yaşayan ailələr, adamlar var. Məsələn, 85 manat təqaüd alan adam və ya azmaaşlı işindən atılan adam ailəsində buna görə özünü xoşbəxt hiss eləməyəcək və belə şəkillər qıcıq yaradacaq. Deyəcək ki, mən xoşbəxt yaşamıram, amma prezidentin oğlu hardasa istirahət edir. Buna görə də hakimiyyət rəsmi şəkillərin yayılmasına üstünlük verir. Müsbət şəkillər də işsiz ali məktəb məzununda, qovulan işçidə, ailəsini dolandıra bilməyən adamda qəzəb oyada bilər.

Rövşən Süleymanov:

- Amma “heç bir emosiya oyatmasın” yanaşması da düz deyil. Bu mənada, saytda paylaşılan fotolar məncə uğurlu deyil.

Verlişi tam dinləmək üçün:

Şərhləri göstər

XS
SM
MD
LG