Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:26
-
Avqustun 22-də Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə və Şabran rayon Mərkəzi Xəstəxanasına 78 nəfər ürəkbulanma, qusma və yüksək hərarət şikayətləri ilə daxil olub.

Məlumatı Səhiyyə Nazirliyi yayıb.

Müraciət edənlərin hamısına ilkin tibbi yardım göstərilib və evlərinə buraxılıblar.

Zərərçəkənlər Şabran rayonunun Ağbaş kəndinin sakinləridir. Onlar avqustun 22-də Siyəzəndə yerləşən «Çıraqqala» şadlıq sarayında toy məclisində olublar.

TOYDA ZƏHƏRLƏNDİLƏR

Avqustun 22-də Siyəzən rayon Mərkəzi Xəstəxanasına qidadan zəhərlənən 57 nəfər gətirilib.

Bu barədə AzadlıqRadiosuna xəstəxanadan məlumat verilib.

Xəstəxananın növbətçi hissəsindən bildirilib ki, zəhərlənənlər Şabran rayonunun Ağbaş kənd sakinləridir:

«15-i kişi, 24-ü qadın, 18 nəfəri uşaqdır. Zəhərlənənlər xəstəxanaya eyni gündə, ayrı-ayı saatlarda gətiriliblər. Aydınlaşıb ki, bir gün əvvəl onlar Siyəzəndəki şadlıq evlərindən birində bir kənd sakininin toyunda olublar».

Xəstəxanadan bildirilib ki, zəhərlənənlər vaxtında müraciət etdiklərinə görə, onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Siyəzən rayon polis şöbəsindən isə bildirilib ki, toy məclisindəki qidalardan nümunələr götürülüb. İlkin ehtimallara görə, zəhərlənmə «paytaxt» salatından baş verib. Salatın köhnə olduğu deyilir.

Şərhləri göstər

XS
SM
MD
LG