Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:21

«Kür» fəalı həbsxanada aclıq aksiyası keçirir


Azerbaijan -- Sabirabad resident Ilham Amiraslanov, 2012

Azerbaijan -- Sabirabad resident Ilham Amiraslanov, 2012

-

Avqustun 23-də «Kür» vətəndaş cəmiyyəti qərargahının fəalı İlham Əmiraslanov cəza çəkdiyi 5 saylı müəssisədə aclıq aksiyasına başlayıb. O, hüquqlarının pozulmasına etiraz olaraq aclıq edir. Artıq aksiya barədə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə rəsmi məlumat verib.

Bu haqda AzadlıqRadiosuna «Kür» vətəndaş cəmiyyəti qərargahının koordinatoru Oqtay Gülalıyev məlumat verib.

İlham Əmiraslanov cəzasının üçdə-birini çəkməsi ilə bağlı məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi və müddətin yarısı bitdikdən sonra vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında müraciətlərinə məhəl qoyulmamasından şikayət edir. Fəal bildirir ki, heç bir pozuntuya yol verməyib. Buna görə vaxtından əvvəl şərti azadlığa buraxılmasından imtina üçün heç bir əsas yoxdur.

O, beynəlxalq təşkilatların nümayəndələrinin yanına buraxılmasına yaradılan maneələrin aradan qaldırılmasını da tələb edir.

«MƏHKƏMƏYƏ MÜRACİƏT ETMƏLİDİR»

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məhkumun hüququ deyil, onun imkanıdır:

Mehman Sadıqov

Mehman Sadıqov

«O demək deyil ki, məhkum cəzasının üçdə birini, ya da müəyyən bir hissəsini çəkdikdən sonra mütləq keçirilməlidir. O keçirilə bilər. Bununla bağlı o, ərazi üzrə məhkəməyə müraciət etməlidir. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun barəsində mülahizə tərtib edir. Şəxsi işini və ərizəsini məhkəməyə göndərir. Məhkəmə də baxıb, qərar qəbul edir».

Mehman Sadıqov beynəlxalq təşkilatların nümayəndələrinin məhkumlarla görüşünə məhdudiyyət qoyulmadığını da deyir.

İlham Əmiraslanov 2010-cu il daşqınından ziyan çəkmiş vətəndaşların hüquqları ilə bağlı araşdırmalar aparıb. 2012-ci ilin iyununda qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilib.

Sentyabrın 13-də Sabirabad rayon məhkəməsi onu qanunsuz narkotik saxlamaqda təqsirli bilib, 2 il azadlıqdan məhrum edib.

2013-cü il yanvarın 25-də Şirvan Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

Amnesty İnternational İ. Əmiraslanovu «vicdan məhbusu» kimi tanıyır.

Günün bütün mövzuları

XS
SM
MD
LG