Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:36

TQDK prezident təqaüdü almaq üçün tələb olunan balları açıqlayıb


«Prezident təqaüdünü yalnız Azərbaycanda təhsil alan tələbələr ala bilər».

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə TQDK sədri Məleykə Abbaszadə verib.

«Bu səbəbdən araşdırmalar aparılır. Lakin mən ilkin məlumatları deyə bilərəm. Araşdırırıq görək bu siyahıda xaricdə təhsil almaq üçün müraciət edənlər var, ya yox? 25 nəfərlik siyahıda axırıncı adam I qrupdan 679 bal toplamış abituriyentdir. İkinci qrup üzrə təqaüdə düşmək balı hələlik 665, III qrupda 686, IV qrupda 680-dir. Ola bilsin ki, bu balları toplamış abituriyentlərdən kimsə xaricdə təhsil proqramına daxil olsun, o zaman həmin şəxslərin adları bu siyahıdan çıxarılacaq. Həmin şəxslərin əvəzinə siyahıya növbəti balı toplayan abituriyent daxil ediləcək».
XS
SM
MD
LG