Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:20

Gəncə-Bakı aviareysi üzrə uçuşlar gündəlik həyata keçiriləcək


Əhalinin tələbatı nəzərə alınaraq Gəncə-Bakı aviareysi üzrə uçuşlar gündəlik olacaq.

Gəncə Beynəlxalq Hava Limanından AzərTAc-a bildiriblər ki, artıq xeyli vaxtdır təyyarə ilə Bakıya və əks istiqamətə gedib-gələnlərin sayında yüksək artım müşahidə olunur.

Müvafiq istiqamətdə aviareyslərin gündəlik həyata keçirilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunub və müsbət cavab alınıb. Əhalinin tələbatı nəzərə alınaraq sentyabr ayından başlayaraq Gəncə-Bakı aviareysi gündəlik olacaq.

Hazırda həmin reysdə uçuşlar həftədə 2 dəfə həyata keçirilir.
XS
SM
MD
LG