Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:04

.
Glenn Kates




Bu videoya baxanda adamın ağlına gələn ilk fikir onun Rusiyada bir çimərlikdə deyil, Hollivudda səhnədə çəkilməsidir. Amma deyəsən, gerçəkdir.

Həqiqətən də 500 ton çəkisi olan və suda-quruda gedən hərbi gəmi insanlarla dolu çimərliyə daxil olur:


Rusiya mediasının xəbərinə görə "Zubr" adlı bu hərbi gəmi Kalininqradda, Baltik dənizində Polşa ilə Litva arasında yerləşən çimərlikdə üzə çıxıb.

“Komsomolskaya Pravda” qəzeti Rusiyanın Müdafiə Nazirliyinə istinadla yazır ki, bu gəmi əsasən kimsəsiz yerlərdə xidmətdə istifadə olunur. Amma nazirlik hərbi təlim gedən bölgəyə insanların necə gedib çıxdıqlarının aydın olmadığını bildirir.

Çimərliyə çıxan hərbi gəmi əhvalatı Rusiyada ayrı-ayrı vətəndaşların çəkib sosial şəbəkələrə yerləşdirdikləri heyrətamiz videolardan yalnız biridir. Bu ölkədə avtomobillərin ön şüşəsinə yerləşdirilən kamera ilə çəkilmiş bu cür videolar internetdə doludur.

Nijni Taqildə qəfil avtomobil yoluna çıxan tank:



Volqoqradda avtomobil yolunda hrəbi döyüş təyyarəsi:



Çelyabinskdə meteoritin yerə düşməsi anı:



Krasnodarda çimərlikdə paraşutla görə qaldırılan uzunqulaq:

Günün bütün mövzuları

XS
SM
MD
LG