Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:49

ABŞ və SSRİ liderləri təkbətək qalanda nədən danışırmış?


U.S. -- President Richard Nixon (R) and Soviet leader Leonid Brezhnev talk during their meeting in the White House in Washington, 1973

U.S. -- President Richard Nixon (R) and Soviet leader Leonid Brezhnev talk during their meeting in the White House in Washington, 1973

-
Soyuq müharibə dövrünün 2 barışmaz nəhəngi – ABŞ və SSRİ-nin liderləri öz aralarında elə də düşmən deyillərmiş. Ən azından kameralar qoşulana qədər.

Bu gün ABŞ-da açıqlanan arxiv sənədlərində 1973-cü ildə ABŞ prezidenti Richard Nixon və SSRİ lideri Leonid Brezhnevin danışıqları və audio-video yazıları yer alır.
1969-74-cü illər arasında Nixonun ofisində baş verən hər şey avtomatik olaraq yazılırmış. ABŞ-ın Milli Arxiv və Əlyazmalar İdarəsi həmin dövrdəki 700 saatlıq görüntüləri və protokolları açıqlayıb.


VAŞİNQTON GORUŞÜ

Nixon və Brezhnev 1973-cü il iyunun 18-də Ağ Evdə təkbətək görüşür. İki ölkə liderləri arasındakı sammitdən bir gün öncə. Görüşdə ancaq Brezhnevin tərcüməçisi Viktor Sukhodrev var.
Bu, 1969-cu ildə prezident olan Nixonun SSRİ Kommunist Partiyasının Baş katibi ilə ikinci görüşüdür.

Nixon görüşün lap əvvəlində Brezhnevə deyir ki, dünyanı dəyişmək üçün iki lider arasında şəxsi etimadın formalaşması lazımdır:

“İki xalqın birgə çalışması imkanları yaratmaqdan ötəri öncə mənim və Brezhnevin münasibətləri münasibətləri yaranmalıdır. Əgər birgə çalışsaq dünyanı dəyişə bilərik. Danışıqlara başlayarkən mənim niyyətim budur”.


Brezhnev də cavabında deyir ki,

“Bir şey deyim. Hətta böyük siyasətdə də iki ölkə başçısı arasındakı şəxsi münasibətlər müəyyən, bəzənsə çox böyük rol oynayır. Odur ki, sizinlə razıyam ki, əgər münasibətlərdə qarşılıqlı etimad, qarşılıqlı hörmət olsa müxtəlif məsələləri həll etmə şansları da çox olar”.


BREZHNEV VƏ NİXONUN QEYRİ-SİYASİ SÖHBƏTLƏRİ

Maraqlıdır ki, Brezhnevlə Nixonun yazılmış söhbətlərinin əksəriyyəti heç də siyasətdən yox, əksinə bir az mənasız görünən məsələlər haqdadır.

Məsələn, Brezhnev Nixona öz portsiqarını göstərir və deyir ki, “bunu özəl hazırlayıblar. Saatda ancaq bir dənə siqarət götürmək olur. Bu yolla o daha az siqarət çəkməli olur”.
Nixon da gülərək cavab verir ki, “bu ki, özünü cilovlamağın ən yaxşı yoludur”.

Brezhnev arvadını gətirə bilmədiyi üçün üzr istəyir, deyir ki, “o xəstə olduğu üçün Moskvada qaldı. Oğlu da gələ bilməyib, çünki, nəvəsi məktəbi təzəcə bitirib, indi qəbul imtahanına hazırlaşmaq üçün köməyə ehtiyacı var”.

Brezhnev həm də Nixona deyir ki, “onun uşaqları ABŞ prezidentinin qızı Triciayla öncəki görüşdən sonra heyran qalıblar. Uşaqlar görüşün hər dəqiqəsini əzbər xatırlayırlar”.

Nixon və Brezhnev arasındakı sammitin son görüşü Kaliforniyada, San Clemente iqamətgahında baş tutur. Brezhnev “bu görüşdən çox məmnun qaldığını, çünki hər gün dənizin səsini eşitməkdən həzz aldığını” deyib.

Səs yazılarının sonuncusunda Nixon Brezhnevə deyir ki, “hələ 3 il yarım prezident vəzifəsindədir, odur ki, Brezhnevlə daha tez-tez görüşmək istərdi”. O, Sovet liderini 1975-ci ildə Vaşinqtona, Brezhnev də onu 1976-cı ildə Moskvaya dəvət edir.

Ancaq Nixon və Brezhnev ancaq 1 dəfə görüşə bilirlər. 1974-cü ildə Moskvada Nüvə silahları ilə bağlı sazişlərini imzalamaq üçün.

Bundan qısa bir müddət bir müddət sonra Watergate qalmaqalı üzündən Nixon istefa verməli olur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG