Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:17

Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim olunub


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun seçki sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Bunu avqustun 22-də Mərkəzi Seçki Komissiyasının iclasında Komissiya sədri Məzahir Pənahov deyib.

Bildirib ki, sənədlər yoxlandıqdan sonra namizədliyin təsdiqi MSK üzvlərinin müzakirəsinə çıxarılacaq.

MSK-nın növbəti iclası avqustun 24-də keçiriləcək.

Bu günkü iclasda öz təşəbbüsü ilə namizədliyi irəli sürülən Qüdrət İsaqovun namizədliyi qeydə alınıb.

Ümumilikdə indiyədək 18 nəfərin namizədliyi irəli sürülüb, onlardan 15 nəfərin namizədliyi təsdiqlənib. MSK İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, Elşən Həsənov, İsmayıl YusifovQüdrət İsaqovun namizədliklərini təsdiqləyib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG