Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:42

Füzuli və Cəbrayılın işğalından 20 il keçir


Arxiv foto: Azərbaycan əsgəri
Arxiv foto: Azərbaycan əsgəri
-

Avqustun 23-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 20 il ötür.

1993-cü il avqustun 23-də rayon mərkəzi və 51 kənd işğal olunub.

Füzulinin ümumi sahəsi 1386 kv.km-dir.

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri fəaliyyət göstərib.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin qəsəbələrdə yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Bu gün həm də Cəbrayıl rayonunun işğal olunduğu gündür. 105 min kv.km-ə yaxın ərazisi olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.

Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG