Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

Bakıda avtomobil saxlanmasının qadağan edildiyi yerlərin siyahısı


Bakı şəhər İcra Hakimiyyəti paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət təşkilatlarına məktub ünvanlayıb.

Məktubda deyilir ki, paytaxtın Neftçilər, G. Səfərəliyeva, Ü. Hacıbəyov (Hökumət evinin ətrafı), İstiqlaliyyət, (Gənclər meydanı, Qoşa qala qapısı), Əziz Əliyev, Azərbaycan, Ə.Cavad, Bülbül, R.Behbudov, Azadlıq, 28 May, Xaqani, Xaqani adına bağın ətrafı (keçmiş 9 Yanvar bağı), Nizami, Füzuli dairəsi, Ş.Qurbanov, «Nizami» metro stansiyasının qarşısındakı C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişməsi Ə.Hüseynzadə küçəsinə qədər olan hissə, Ş.Bədəlbəyli, S.Vurğun, Füzuli, M.A.Əliyev və şəhərin digər mərkəzi hissələrini əhatə edən küçə və prospektlərində, müəyyən olunmamış yerlərdə, küçələrin səki hissələrində avtomobillərin saxlanması qadağan edilib. /Turan/
XS
SM
MD
LG