Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:56

«Qəhrəman ana» qayıdır


Arxiv foto
Arxiv foto
Azərbaycanda «Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında» qanun layihəsinin tezliklə müzakirəyə çıxarılması planlaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan layihə payız sessiyasının sonuna yaxın müzakirəyə çıxarıla bilər.

APA-nın məlumatına görə, hazırda qanun layihəsi ətrafında müxtəlif dövlət qurumları, o cümlədən Prezident Administrasiyası tərəfindən müzakirələr aparılır. Müzakirələr tezliklə yekunlaşdırılacaq və qanun layihəsi parlamentin müvafiq komitəsinə təqdim olunacaq.

Qanun layihəsində yeniliklərdən biri çoxuşaqlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Bu ailələrə qanunda nəzərdə tutulmayan fondlar hesabına müəyyən mənzillər ayrılacaq. Layihədə çoxuşaqlı ailələrin sosial ipoteka kreditləri proqramlarından faydalanması da nəzərdə tutulub, amma bu kreditlərin hansı faiz dərəcələri və şərtlərlə veriləcəyi hələlik bilinmir. Bundan başqa, qanun layihəsində rayon və kənd yerlərində yaşayış çox uşaqlı ailələrə dövlət və ya bələdiyyə torpaq fondu hesabına torpaqların ayrılması da nəzərdə tutulub.

Qanun layihəsi qəbul edildiyi təqdirdə ondan (qanundan) uşaqlarının yaşı 18-i keçməyən, 3 və daha çox uşağı olan ailələr, 2 və daha çox əkiz uşaqları olanlar faydalana biləcək. Bundan başqa, qanun layihəsində «Qəhrəman ana» statusu da nəzərdə tutulub. Bu status 5 və daha artıq uşağı olan qadınlara veriləcək.
XS
SM
MD
LG