Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:20
-

Avqustun 22-də Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı azadlığa buraxılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 15 gün həbs almış gənc fəal saxlanma şəraitindən narazılıq edib:

«Təcridxana heç bir standartlara cavab vermir. Nə qidalanması, nə yatağı normal deyil. Orada 1 ay saxlanacaq adam üçün yaşamaq çox çətin olar. Binəqədi rayonundakı Müvəqqəti Saxlanma Təcridxanasına yeni rəis təyin edilib. O da heç bir qanuna əsaslanmayan tələblər irəli sürür. 8 saatdan çox yatmaq, çarpayıda oturmaq, uzanmaq olmaz. Açıq havada 45 dəqiqə gəzməyə icazə verilir. Mən də tələb etdim ki, daxili nizam-intizam qaydaları yazılan kitabçanı gətirsinlər, bu tələbləri göstərsinlər, icra edim. Tələbləri icra etməkdən boyun qaçırdım. 5-6 gün qandal cəzası verdilər mənə. Bu cılız cəzalarla haqqımızdan dönən deyilik».

«ONUN SÖYLƏDİKLƏRİ...»

Ehsan Zahidov

Ehsan Zahidov

DİN mətbuat xidmətinin sözçüsü Ehsan Zahidov səslənən fikirləri qərəzli hesab edir:

«Onu deyənlər özləri də bilir ki, bu ittiham deyil, qisasçılıq məqsədidir. Onlardan qeyri-qanuni, başqa bir şey tələb etməyiblər ki? Bəyəm bu insan evində 8 saatdan çox yatır? Ya bütün gününü çarpayıda keçirir? Onu aparıb qanunsuz haradasa işlətməyiblər, döyməyiblər. Təcridxanada saxlanan hər bir şəxsdən oranın daxili nizam-intizam qaydalarına əməl etmək tələb olunur. Onun söylədikləri azadlığa çıxandan sonra danışdığı nağıldan başa bir şey deyil».

Tural Abbaslı avqustun 7-də 15 sutka inzibati cəzaya məhkum edilib. O, İnzibati Xətalar Məcəlləsinin 313-2.3 maddəsi ilə (inzibati cəzanı yerinə yetirməkdən imtina) təqsirli bilinib.

Tural Abbaslı 220 saat ictimai işi yerinə yetirməkdən imtina edib.

O, yanvarın 12-də Bakının mərkəzində etiraz aksiyasında iştirak etdiyi üçün 600 manat cərimə olunmuşdu.

Məhkəmədə T. Abbaslı ictimai işlərdən imtina etmədiyini bildirib. Deyib ki, 41 saylı MKİİ-də olub və qeydiyyata düşüb. Lakin heç kim ona iş təklif etməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG