Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:26

Gəncədə əlillərin 9 faizi işləyir


Arxiv foto
Arxiv foto
Bu barədə Gəncə şəhər Qarabağ Müharibəsi Veteranları və Əlilləri Cəmiyyətinin sədri Almaz Aşurov məlumat verib. Onun sözlərinə görə, əlillərin işlə təmin olunması səviyyəsi qaneedici deyil.

A. Aşurov bildirib ki, əlillərin məşğulluğunun təmin edilməsi üçün müvafiq qurumlara mütəmadi olaraq müraciətlər edilir.

Hazırda Gəncədə 18 min əlil qeydiyyatdadır. Onlardan 9 mini qadınlar, qalanı isə kişilər və uşaqlardır.

Bu siyahıya xəstəliyə görə, anadangəlmə əlilliyi olan şəxslər və Qarabağ müharibəsi əlilləri daxildir.
XS
SM
MD
LG