Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:47

«Qarabağ» - «Eintracht» bu axşam qarşılaşır


Avqustun 22-də UEFA Avropa Liqasının play off mərhələsində «Qarabağ» komandası oynayacaq.

Azərbaycan təmsilçisi – Ağdamın «Qarabağ» komandası Almaniyanın «Eintracht» (Frankfurt) komandasını qəbul edəcək.

Oyun saat 21:00-da Tofiq Bəhramov adına stadionda keçiriləcək.

Cavab oyunu avqustun 29-da oynanılacaq.

Əgər play off mərhələsini keçsə, «Qarabağ» Azərbaycan futbol tarixində ilk dəfə olaraq yarışmanın qrup mərhələsinə adlayacaq və Avropanın nəhəng klubları ilə yarışacaq.
XS
SM
MD
LG