-
Misirin keçmiş prezidenti Hosni Mubarak ev dustaqlığına buraxılır. Ötən gün Qahirə məhkəməsi ona qarşı irəli sürülmüş korrupsiya ittihamını geri götürüb. Məhkəmə Hosni Mubarak-i şərti azadlığa buraxmaq haqqında qərar çıxarıb.
Onun bu gün Qahirədəki cəza evindən buraxılması gözlənilir.
Misirin keçmiş prezidenti 85 yaşlı Hosni Mubarak 2011-ci ildə «ərəb baharı» zamanı devrilib. O, Misir aksiyaçılarına qarşı atəş əmri verməkdə təqsirləndirilirdi.
Ondan sonra hakimiyyətə «Müsəlman qardaşları» hərəkatını təmsil edən Muhammad Morsi gəlib. Amma iyulun 3-də hərbçilər onu devirib. Hazırda Morsi və bu hərəkatın 70 yaşlı lideri həbsdədir.