Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:57
Avqustun 21-də Çempionlar Liqasının Play off mərhələsinin ilk oyunu keçirilib. Türkiyənin «Fənərbağça» klubu İngiltərənin «Arsenal» klubu ilə qarşılaşıb. Oyun Şükrü Saracoğlu stadionunda gerçəkləşib.

«Arsenal» ehtiyat oyunçularla oyuna başlayıb. Birinci hissədə hesab açılmasa da, artıq 51-ci dəqiqədə Kieran Gibbs fərqlənib. Ardından 64-cü dəqiqədə Aaron Ramsey hesabı 2 xala çatdırıb. 77-ci dəqiqədə Olivier Giroud-un vurduğu penalti ilə «Arsenal» 3:0 önə çıxıb. Beləliklə, oyun «Arsenal»ın 3:0 hesablı qələbəsi ilə sonlanıb.

Cavab oyunları avqustun 27-də Londonda keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG