Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:33

Bakıda yeni metro stansiyasının tikintisinə başlanıb


Bakıda «Xətai-Həzi Aslanov-2» metro stansiyasının tikintisinə start verilib.

Metropolitenin perspektiv inkişaf planının yerinə yetirilməsi üzrə yaxın 5 ili əhatə edən dövlət proqramının tərkib hissəsinə çevrilmiş «Yaşıl xətt»in «Xətai-Həzi Aslanov-2» sahəsində sifarişi yerinə yetirən təşkilatlar hər iki istiqamət üzrə ilkin işləri yekunlaşdırıb.

Metropolitendən «APA-Economics»ə verilən məlumata görə, «Azərtunelmetrotikinti»nin baş podratçı kimi çıxış etdiyi bu layihədə əsas tikintini Azərbaycandakı tərəfdaşı «Akkord»un vasitəçiliyi ilə Fransanın «Buiq» və Ukraynanın «İnterbudmontaj» şirkətləri yerinə yetirirlər.

Bu istiqamətdə keçəcək tunellərin bir qismi ağır hidrogeoloji şəraitdə, digəri isə qrunt sahədə yerləşəcək. Arif Rəsulov qeyd edib ki, hər iki şirkət burada yeni tunelqazma avadanlığı tətbiq edəcək. «Buiq» Y-15-dən «Xətai» stansiyası istiqamətində iki hidroyüklü qazma maşını ilə hərəkət edəcək. «İnterbudmontaj» isə «Həzi Aslanov-2» istiqamətində qrunt yüklü iki maşın tətbiq edəcək. İnşaat işlərinin sürətini artırması, məhdud sahədə çalışan şirkətlərin də maraqları ilə üst-üstə düşür.

Artıq hər üç metro stansiyasının yeri də tam dəqiqləşdirilib və müvafiq səlahiyyətli dövlət və özəl təşkilatlarla razılaşdırılaraq, texniki pasportu da alınıb. Hər üç stansiya Nobel prospektində yerləşəcək. Yaşıl xəttin «Xətai»dən sonrakı ilk yeraltı dayanacağı «Ağşəhər» layihəsinin başlandığı yerdə, üçüncüsü isə Bakı avtomobil zavodunun ərazisində olacaq.
XS
SM
MD
LG