Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:31

İlqar Məmmədovun yanına notariusun keçməsinə icazə verildi


İlqar Məmmədov
İlqar Məmmədov
-
Baş Prokurorluq hazırda həbsdə olan prezidentliyə namizəd İlqar Məmmədovun yanına notariusun keçməsinə icazə verib.

Bu barədə REAL Hərəkatın İdarə Heyətinin üzvü və İlqar Məmmədovun seçki qərargahının rəhbəri Azər Qasımlı məlumat yayıb.

REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun sənədləri avqustun 19-da MSK-ya göndərilib. Sənədləri onun vəkili Xalid Bağırov təcili poçtla yollayıb.

Qanunvericiliyə əsasən, ya şəxs özü, ya da səlahiyyətli nümayəndəsi sənədlərini MSK-ya təqdim etməlidir. İkinci halda, şəxs səlahiyyətli nümayəndəyə notarial qaydada təsdiq olunmuş etibarnamə verməlidir. Amma notarius Baş Prokurorluğun icazəsi olmadan İlqar Məmmədovdan etibarnamə ala bilmirdi.

İlqar Məmmədovun prezidentliyə namizədliyini REAL Hərəkatı irəli sürüb. O, bu ilin yanvarında İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.
XS
SM
MD
LG