Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:44

Pakistanda sbomba istehsalında istifadə olunan kimyəvi materiallar aşkar edilib


Pakistanın təhlükəsialik qüvvələri Kvetta şəhərinin cənub-qərbində bomba hazırlanmasında istifadə olunan 100 tona yaxın kimyəvi material aşkar ediblər. Reyd zamanı 10 nəfər saxlanıb.

Təhlükəsialik rəsmiləri bu materialların ilin əvvəllərində şəhərdə partladılmış 2 bombanın tərkibi ilə eyni olduğunu deyirlər.Həmin vaxt 200-ə yaxın adam ölüb.

Sərhəd polis qüvvələrinin komandiri Maqbool Shah həmçinin reyd zamanı partlayış üçün nəzərdə tutulmuş bir neçə maşının ələ keçirildiyini deyir.

Bəlucistanın paytaxtı olan Kvettada vaxtaşırı dini zəmində hücumlar törədilir.

Hələlik bunun arxasında hansı qrupun durduğu bəlli deyil. Amma ilin əvvəllərində Kvettada törədilən 2 partlayışı sünnilərin Laşkari-Cəngvi qrupu törədib.

Günün bütün mövzuları

XS
SM
MD
LG