Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:37
1990-cı ildən 2010-cu ilə kimi prezidentlik müddətinə məhdudiyyəti yüngülləşdirən hansı dövlətlərdir?
- Kamerun, Çad , Qabon, Namibiya, Uqanda, Tunis, Boliviya, Venesuela, Belarus, Tacikistan, Qazaxıstan, Özbəkistan və s.

1992-2006-cı illər arası dünyada 26 prezident "prezidentlik müddəti limitini pozub"

SİYASƏTDƏ ƏNƏNƏ

ABŞ-da heç kim 2 dəfədən artıq prezident olmağa cəhd etmir. (son prezidentlik müddətləri ikinci dünya müharibəsinə təsadüf edən Franklin Delano Roosevelt istisnadır).
Halbuki 1951-ci ilə qədər ABŞ-da 2 dəfədən artıq prezident olmağa konstitusiyada maneə yox idi. Bu, sadəcə ənənə idi. Ənənə isə George Washingtondan gəlir. İki dəfə prezident olan Washington 1796-cı ildə 3-cü dəfə prezidentliyə namizədliyini verməkdən imtina etdi və bununla da ənənənin əsasını qoydu.

AZADLIĞA TƏHLÜKƏ?

1944-cü ildə ABŞ-da prezidentlik müddətlərinin qanunla məhdudlaşdırılmasını dəstəkləyən Nyu York qybernatoru Thomas Dewey deyirdi: “4 müddət və ya 16 il bizim azalığımıza yönəlmiş ən böyük təhlükədir”.

AZƏRBAYCAN

Azərbaycan Konstitusiyası bir şəxsin 2 müddətdən artıq prezident olmasını yasaq edirdi, ancaq 2009-cu ildə referendum yolu ilə bu məhdudiyyət ləğv olundu.

Bu addım hüquq prinsiplərini pozurmu? Sidney Universitetinin hüquq professoru Wojciech Sadurski hesab edir ki, pozur.

“2009-cu ildə Azərbaycanda keçirilmiş referendum şəffaflıq və açıqlıq prinsiplərini pozub”. Azərbaycanda prezidentlik müddəti məhdudiyyətini ləğv edən Konstitusiya dəyişikliyi referendumda bu məsələyə dəxli olmayan “iyirmidən artıq” “müddəalar arasında gizlədilmişdi”. Belə referendum “qanunun aliliyi prinsipini pozub”.

Bunları Wojciech Sadurski Azərbaycanda prezidentlik müddəti məhdudiyyətini ləğv edən 2009-cu il Konstitusiya dəyişikliyi haqda öz Hüquqi Rəyində yazır.

26 elmi kitabın müəllifi, Nyu York, Varşava, İtaliyanın Trento Universitetlərinin professoru olan Sadurski xüsusi qeyd edir ki, bu hüquqi rəyi hazırlamağa heç bir təşkilatdan və ya siyasətçidən sifariş almayıb və buna pul ödənməyib. Bu rəyi o, sırf hüquqi prinsiplərə əsaslanaraq hazırlayıb.

DEMOKRATİYA MƏCBURİ PRİNSİPDİR

Rəydə bildirilir ki, “müasir demokratiyada, xüsusilə prezidentin səlahiyyətlərinin güclü olduğu dövlətlərdə prezidentlik müddəti məhdudiyyəti normadır”.

“Azərbaycanın da qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyası sistemində demokratiya həm Avropa Şurasına üzv olan dövlətlərin vətəndaşlarının fərdi hüququ, həm də yeganə idarəetmə forması olaraq məcburi prinsipdir”.

Sadurski əsaslandırır ki, “səlahiyyət müddəti məhdudiyyətinə malik olmayan və ya bundan imtina etmiş istənilən prezidentli Avropa dövləti Avropa İnsan Hüquqları Konvensiyasını pozmuş olur”.

Və belə bir dövlət “beynəlxalq hüququn formalaşmaqda olan standartlarını pozur”.

SEÇİLƏN ŞƏXS ÖZ STATUSUNU ARTIRA BİLMƏZ

Sadurski həmçinin hesab edir ki, 2009-cu il referendumunda “geriyə təsir qüvvəsi” amili olub. Bu da qanunun aliliyi üçün əhəmiyyətli olan hüquqi müəyyənlik prinsipinə ziddir.

Sadurski yazır: “Əgər hakimiyyətdə olan şəxs seçilərkən malik olduğu statusu əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq qanun təklif edərsə və bunun qəbuluna çalışarsa, bunu geriyə təsir hadisəsi hesab etmək olar”.

Sadurskini arqumenti budur ki, “əgər seçici seçdiyi şəxsin sonradan öz statusunu artıracağını bilsəydi, bəlkə də həmin şəxsə səs verməzdi, başqasına səs verərdi”.

XÜLASƏ

Sadurskinin gəldiyi nəticə isə belədir: “2009-cu ildə Azərbaycanda prezidentlik müddəti limitinin konstitusiyaya dəyişiklik yolu ilə ləğv olunması şəffalıq, açıqlıq, hüquqi müəyyənlik və qanunun geriyə qüvvəsinin olmaması prinsiplərinə və Avropa İnsan Hüquqları nortmalarına və beynəlxalq hüququn yaranmaqda olan normalarına ziddir”.

Şərhləri göstər

XS
SM
MD
LG