Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:21

Milli Şuranın namizəd məsələsi avqustun 26-na qaldı


Müxalifət liderlərinin görüşü

Müxalifət liderlərinin görüşü

-
Avqustun 21-də Milli Şuranın 6 qurucu üzvü Rüstəm İbrahimbəyovun Bakıdakı evində toplanıblar. Qapalı toplantıya İsa Qəmbər, Əli Kərimli, Sülhəddin Əkbər, Mirmahmud Fəttahov və Eldar Namazov qatılıblar.

İ.QƏMBƏR VƏ Ə. KƏRİMLİNİN MÜSTƏQİLLƏRLƏ GÖRÜŞÜ BAŞLAYIB

Bugünkü görüşə Milli Şuranın müstəqil üzvləri buraxılmayıb. Bunu AzadlıqRadiosuna Şura üzvü Ülvi Həsənli bildirib. Onun sözlərinə görə, görüşdə ancaq siyasi partiyaların iştirakına imkan verilib:

«Biz eştidik ki, bu gün görüşdür. Biz də iştirak etmək istəyimizi bildirdik. Bizə söylədilər ki, görüşdə ancaq Milli Şuranın siyasi partiya təmsilçilərinin görüşü nəzərdə tutulub».

Ü. Həsənli bildirib ki, hazırda Milli Şuranın müstəqil üzvləri ilə İsa Qəmbər və Əli Kərimlinin görüşü başlayıb.

ELDAR NAMAZOV: «RÜSTƏM İBRAHİMBƏYOVUN SƏNƏDLƏRİ TEZLİKLƏ MSK-YA TƏQDİM EDİLƏCƏK»

Milli Şura üzvlərinin qapalı toplantısından sonra Eldar Namazov jurnalistlər üçün brifinq keçirib. Bildirib ki, Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəliyinin olmaması haqqında arayış artıq Bakıdadır:

«MSK imza toplamaq üçün vərəqələri verməlidir. Biz də sənədləri təşəbbüs qrupu kimi hazırlayıb, gün ərzində MSK-ya təqdim edəcəyik. R. İbrahimbəyovun namizədliyi təsdiqlənəndən sonra imza toplanmasına başlanacaq. Və namizədliyin qeydə alınması üçün lazım olan bütün sənədlər hazır olanacan vətəndaşlıqla bağlı problem də həll olunacaq».

Milli Şuranın növbəti sessiyasının avqustun 26-da keçirilməsi barədə də razılıq əldə olunub. Həmin gün yeni Təşəbbüs Qrupunun da iclası keçiriləcək. Bu sessiyada ehtiyat namizəd də müəyyənləşəcək.

TOPLANTI YEKUNLAŞDI

Toplantı artıq yekunlaşıb. Ancaq jurnalistlərə informasiya verilməyib.

İ.QƏMBƏR, Ə. KƏRİMLİ GÖRÜŞÜ YARIMÇIQ TƏRK EDİB

İsa QəmbərƏli Kərimli görüşdən yarımçıq çıxıblar. Onlar jurnalistlərin suallarını cavablamayıblar. Bildiriblər ki, bütün sualları Milli Şuranın aparatı rəhbərinə ünvanlasınlar.

Görüş Sülhəddin Əkbər, Mirmahmud Fəttahov, Əvəz Temirxan və Eldar Namazovun iştirakı ilə davam edir

6 QURUCU ÜZV R. İBRAHİMBƏYOVUN EVİNDƏ TOPLANDI

Avqustun 21-də Milli Şuranın 6 qurucu üzvü Rüstəm İbrahimbəyovun Bakıdakı evində toplanıblar. Qapalı toplantıya İsa Qəmbər, Əli Kərimli, Sülhəddin Əkbər, Mirmahmud Fəttahov Eldar Namazov qatılıblar.

Mediaya qapalı görüşün müzakirə mövzusu barədə, hələlik, bilgi verilmir.

MŞ-nın iki gün öncə keçirilən toplantısında ehtiyat namizədə dair tək səs çoxluğu ilə (42-43) qəbul edilmişdi.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib ki, bu görüşdən sonra bu gün ehtiyat namizədin müəyyənləşdirilməsi ilə bağlı toplantının olub-olmayacağı dəqiq bilinəcək.

Şərhləri göstər

XS
SM
MD
LG