Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:25

Hilal Məmmədovun məhkəmə istintaqı yekublaşıb


Hilal Məmmədov
Hilal Məmmədov
Avqustun 21-də Ağır Cinayətlər Məhkəməsində «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun məhkəmə prosesi davam edib. Müdafiə tərəfi məhkəmədən şahidlərin yenidən dindirilməsi, məhkəmə qərarı olmadan H. Məmmədovun evində axtarış keçirilməsinin qanunsuz hesab edilməsi və digər məsələlərlə bağlı vəsatət verib.

Bu barədə AzadlıqRadiosuna vəkil Cavad Cavadlı məlumat verib. Onun sözlərlərinə görə, məhkəmə vəsatətlərin heç birini təmin etməyib. İstintaqın yekunlaşması barədə qərar qəbul olunub. Hilal Məmmədova cəza istənilməsi üçün söz dövlət ittihamçısına verilib. Dövlət ittihamçısı çıxışa hazılaşmaq üçün iki həftə vaxt istəyib.

Növbəti prosesdə – sentyabrın 4-də dövlət ittihamçısı Hilal Məmmədova cəza istəyəcək.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.
Beynəlxalq və yerli təşkilatlar onu vicdan məhbusu hesab edirlər.
XS
SM
MD
LG