Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:13

AB ölkələri Qahirəyə yardımı azaltmağı düşünür


Ərbildə Müsəlman Qardaşlarına dəstək nümayişi

Ərbildə Müsəlman Qardaşlarına dəstək nümayişi

-

Avqustun 21-də Brüsselə toplaşan Avropa Birliyinin (AB) xarici işlər nazirləri Misir böhranını müzakirə edəcək. Bəzi AB ölkələri Misir ordusunun devrilmiş prezident - Muhammad Morsi tərəfdarlarını dağıtmasının ardınca Qahirəyə iqtisadi yardımı azaltmağı təklif edir.

AB Misirin ən böyük ticarət ortağıdır, həm də ötən il Qahirəyə təxminən 5 milyard avro borc və yardım verib.

Brüsselin Misirə qarşı silah embarqosu tətbiq etmək niyyətinin olduğu da bildirilir.

Ötən gün ABŞ prezidenti Barack Obama ölkənin milli təhlükəsizlik şurası ilə toplaşaraq, Misirə illik 1,5 milyard dollarlıq yardımı dayandırıb-dayandırmamağı müzakirə edib.

Bu arada ABŞ hökuməti Müsəlman Qardaşları hərəkatının lideri Muhammad Badie-nin həbs edilməsini də tənqid edib. 70 yaşlı Badie iyulda Qardaşların digər üzvləri ilə birlikdə zorakılığı qızışdırmaqda ittiham olunub.

Ordu iyulun 3-də prezident Muhammad Morsi-ni devirib. Bazar ertəsi Misirin prokuroru Morsi-yə qarşı zorakılığı qızışdırma ittihamı irəli sürüb. Eyni zamanda məhkəmə keçmiş prezident Hosni Mubarak-ə qarşı korrupsiya ittihamını geri götürüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG