Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:28

TQDK-da «buraxılış vərəqəsi»nin verilməsinə başlanılıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2013-2014-cü tədris ili üçün 9 illik orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə «Buraxılış vərəqəsi»nin verilməsinə başlanılıb.

TQDK-nın mətbuat xidmətinin məlumatına görə, abituriyentlər TQDK-nın saytındakı müvafiq bölməyə daxil olaraq, «Abituriyentin imtahana buraxılış vərəqəsi»ni çap edib götürməlidirlər.

Bu sənədi əldə etmədən abituriyentlərin imtahana buraxılmayacağı bildirilir.

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 25-də keçiriləcək.
XS
SM
MD
LG