Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:45

Daha dörd KİV ödənişli təşviqata qoşuldu


Mərkəzi Seçki Komissiyasının məlumatına görə, avqustun 21-nə 14 nəfərin prezidentliyə namizədliyi təsdiq olunub. Sonuncu İsmayıl Yusufov və Elşən Həsənovun namizədlikləri təsdiqlənib. Onların hər ikisi namizədliyini öz təşəbbüsləri ilə irəli sürüblər.
Namizədliyi təsdiqlənən 14 nəfərdən ümumilikdə 5 nəfəri öz təşəbbüsü ilə, qalanları isə müxtəlif siyasi partiyalar tərəfindən irəli sürüb.

Prezidentliyə qeydə alnmış namizədlərə «İTV»də, «Azərbaycan», «Xalq qəzeti», «Respublika» və «Bakinski raboçi» qəzetlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq.

Seçkiqabağı təşviqat üçün ödənişli təşviqata «Səs», «İki Sahil», «Kaspi» qəzetləri, «Səs» İnformasiya Agentliyi və «APA Holding» qoşulub.

Seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və ya dərc üçün yer ayırmaq istəyən KİV-lər bu barədə Mərkəzi Seçki Komissiyasına bildirişlər göndərməlidirlər. Təşviqat üçün ödənişin əsasları, şərtləri və məbləği barədə məlumatlar seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək, yəni sentyabrın 2-dək dərc etməlidir.
XS
SM
MD
LG