Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:42

Alüminium zavodun şlam sahəsinə 50 sm qalınlığında torpaq qatı tökülür


Arxiv foto
Arxiv foto
-

Alüminium zavodun şlam sahəsinə 50 sm qalınlığında torpaq qatı tökülür. Bu barədə Gəncə Gil-Torpaq İstehsalat Birliyinin direktoru Akif İbişov məlumat verib. Bildirib ki, hazırda 141 hektar ərazidə iş aparılır. Ərazidə 12 saatlıq iş rejimi yaradılıb. Birliyin direktoru vurğulayıb ki, şlam sahəsinin təmizlənməsi üçün 17 maşın mexanizmi, 100-ə yaxın işçi cəlb edilib.

Şlam sahəsi ümumilikdə 126 hektar ərazini əhatə edir. Şlamın tərkibi alunit, boksit tullantılarından ibarətdir.

50 ilə yaxın müddətdə Gəncə Gil-Torpaq İstehsalat Birliyinin tullantıları nəticəsində 21 milyon tona yaxın şlam yığılıb.

Akif İbişovun dediyinə görə, ərazidə bərpa işləri yekunlaşandan sonra istənilən mühitdə yetişməyə meylli olan çayır otu əkiləcək.
XS
SM
MD
LG