Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:34

İ. Əliyevin 10 illik prezidentlik fəaliyyəti haqqında sayt açılıb


İlham Əliyev
İlham Əliyev
-

Avqustun 21-də İlham Əliyevin ötən 10 illik prezidentlik fəaliyyətinin nəticələrini əks etdirən internet saytı açılıb. Sayt yeddi dildə fəaliyyət göstərir.

«president-az.com» ünvanında fəaliyyətə başlayan saytın müəllifi bundan əvvəl Azərbaycan, o cümlədən Qarabağ haqda ensiklopedik internet resurslarının müəllifi olan İlham Abduyevdir. Saytın yaradılması zərurətinə toxunan müəllif qeyd edir ki, «ölkənin ən yüksək reytinqə malik siyasətçisi kimi İlham Əliyevin bu seçkilərdə növbəti dəfə xalqın etimadını qazanmaq şansının kifayət qədər yüksək olduğu şübhə doğurmur. Azərbaycan Prezidenti bu şansı ötən 10 ildə gördüyü işlər, həyata keçirdiyi islahatlar və bütün sahələrdə əldə edilmiş inkişaf göstəriciləri ilə qazanıb. Tam əminliklə demək olar ki, İlham Əliyevin hakimiyyət başında olduğu ötən 10 il Azərbaycanda sosial-iqtisadi intibah dövrü kimi tarixə düşəcək».

Sayt 40 bölmədən ibarətdir. Bölmələr prezidentin ötən 10 illik hakimiyyəti dövründə iqtisadiyyatdan tutmuş sosial təminata, ordu quruculuğundan xarici siyasətə, mədəniyyətə, idmana və digər sahələrə dair görülmüş işlərin, həyata keçirilmiş islahatların nəticələrini əks etdirir.

Saytda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyasının əsas müddəalarının yer aldığı xüsusi bölmə də var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG