Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:44

Bakı və Sumqayıtda gizli qumarxanalar aşkar edilib


Foto arxiv
Foto arxiv
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakının Nizami küçəsindəki 31 nömrəli evin zirzəmisində Qəbələ sakini Ruslan Nəhmətovun qanunsuz onlayn qumar oyunları təşkil etməsi müəyyən edilib.

Baxış zamanı 10 kompyuter , bir modem və 60 manat pul aşkar edilərək götürülüb.

Həmçinin başqa bir reyd zamanı Sumqayıtdakı Azərbaycan prospekti 4-cü məhəllə 14 nömrəli binanın 19-cu mənzilində şəhər sakinləri Kamandar Nərimanov, Aydın Əliyev, Elman Kərimzadə, İsmayıl Tağıyev və Daşqın Hümbətovun “online” kazino-qumar oyunları təşkil etdikləri müəyyən edilib.

Axtarış zamanı 11 kompyuter , bir qeydiyyat dəftəri və 96 manat pul aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır. Məlumatı AzərTAc agentliyi yayıb.
XS
SM
MD
LG