Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:14
-
«10 ildən çoxdur yerli icra hakimiyyətinə ərizə ilə müraciət edirik, bizə bir qarış torpaq ayırmırlar ki, koma tikib yığışaq bir yerə. Torpaq üstündə gənc həyatını verən oğlanın ailəsinə bir qarış torpaq düşmür?».

Bunları AzadlıqRadiosunun «Qaynar xətt»inə Suraxanı sakini Fərhad Xəlilov deyir. Onun qardaşı - Murad Xəlilov 1991-ci ildə Şuşada həlak olub.

NEFT ŞİRKƏTİNİN ƏRAZİSİNDƏN TORPAQ TƏKLİFİ

10 ildən artıqdır ki, Suraxanı bələdiyyəsinə müraciət etsələr də, indiyə qədər torpaq sahəsi ayrılmayıb. Deyir, müvafiq qurumlar torpaq sahəsi ayırmaqdan rəsmən imtina etməsələr də, üzərilərinə düşən öhdəliyi də yerinə yetirmirlər:

«Çoxsaylı müraciətlərimizdən sonra 5-6 il əvvəl bizi Suraxanı bələdiyyəsinə və Suraxanı İcra Hakimiyyətinə çağırdılar. Torpağın təyinatı ilə bağlı iki dəfə ərizəmizi dəyişdirməyi xahiş etdilər və biz hər dəfə ərizələrimizi dəyişməli olduq. Bundan sonra bizi Suraxanıda neft mədənləri yerləşən yerə apardılar, dedilər sizə ancaq burdan torpaq sahəsi verə bilərik. Biz də razılaşmadıq. Eşitmişdik ki, gec-tez Neft Şirkəti gəlib oraları boşaldacaq. Necə ki, artıq bunu edirlər. Dedilər, onda gözləyin. O vaxtdan da gözləməkdəyik».

«ZİRZƏMİDƏ XƏSTƏLİK TAPMIŞIQ»

Murad Xəlilov ayaqları və gözləri tutulmuş anası ilə zirzəmi şəraitində yaşadıqlarını deyir:

«Anam da, mən də nəmişlikdən xəstəlik tapmışıq».

Suraxanı Bələdiyyəsindən «Qaynar xətt»ə Xəlilovlar ailəsinə Suraxanı rayonu ərazisindəki torpaqlardan sahə təklif edildiyini təsdiqlədilər. Ancaq bildirdilər ki, həmin vaxt keçmiş bələdiyyə sədri neft şirkətinə məxsus torpaqları təkcə Xəlilovlara yox, çoxlarına təklif edib. İndi buruqlara yaxın evlər sökülür. İndi isə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunda dəyişikliklərlə əlaqədar torpaq sahələrinin ayrılması müvəqqəti dayandırılıb.

Bələdiyyədən onu da bildiriblər ki, bununla belə Xəlilovlar onlara növbəti dəfə ərizə ilə müraciət edə bilər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG