Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:08

İmran Cəfərzadə palataya köçürülüb


-
Nabranda istirahət mərkəzində xəsarət almış və hazırda Berlində müalicə olunan 2 yaşlı İmran Cəfərzadə palataya köçürülüb.

Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyi xəbər yayıb.

Xəbərdə deyilir ki, avqustun 20-də Almaniyanın «Charite» klinikasında müalicə olunan İmran Cəfərzadənin vəziyyətinə dair həkimlərin növbəti konsiliumu keçirilib:

«Həkimlər bütövlükdə müalicənin gedişatından razılıq bildiriblər. İmran Cəfərzadə reanimasiyadan palataya köçürülüb və onun müalicəsi həkimlərin xüsusi nəzarəti altında davam edəcək. Üçüncü əməliyyatdan sonra xəstə özünü normal hiss edir və yaraların sağalmasında irəliləyiş müşahidə olunur».

İmran Cəfərzadə bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən «Nabran Holiday Village» istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb.

Hadisə ilə bağlı 3 nəfər həbs olunub.
XS
SM
MD
LG