Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:41

Daha 2 nəfərin prezidentliyə namizədliyi təsdiqlənib


-
Avqustun 20-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

apa-nın məlumatına görə, iclasda prezidentliyə öz namizədliklərini irəli sürən 1975-ci il təvəllüdlü İsmayıl Yusifov və 1961-ci il təvəllüdlü Elşən Həsənovun namizədliklərinin təsdiq olunması məsələsinə baxılıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, namizədlikləri irəli sürülən şəxslərin MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.

Sonra MSK açıq səsvermə yolu ilə hər iki şəxsin prezidentliyə namizədliklərinin irəli sürülməsini təsdiqləyib.

Daha sonra namizədliyi təsdiq olunan Zahid Orucun səlahiyyətli nümayəndələrinin qeydiyyatı məsələsinə baxılıb və müvafiq qərar qəbul edilib.
XS
SM
MD
LG