Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:00

ABŞ-ın müvəqqəti işlər vəkili Sumqayıtda olub


-
ABŞ-ın Azərbaycandakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Dereck Hogan avqustun 20-də Sumqayıta səfər edib.

ABŞ səfirliyinin yaydığı xəbərə görə, cənab Hogan ilk öncə Demokratiya və İnsan Haqları Mərkəzində qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Sonra o, Sumqayıt İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizovla görüşüb və şəhər haqqında daha ətraflı məlumat alıb.

Müvəqqəti işlər vəkili Hogan, həmçinin, Sumqayıtdakı ABŞ Təhsil Mərkəzinə baş çəkib və burada ABŞ mübadilə proqramlarının məzunları ilə görüşüb.

«Mübadilə proqramları ilə ABŞ-a səfər edən azərbaycanlı məzunların yüksək səviyyəsi məndə daim müsbət təəssürat yaradır», - cənab Hogan bildirdi. «Bu şəxslər Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında güclü bağ qurmağa kömək edirlər».

Daha sonra müvəqqəti işlər vəkili Sumqayıtda və ətraf ərazilərdə xidmət göstərən Amerika Sülh Korpusunun könüllüləri ilə görüşüb. Səfər Sumqayıt Texnologiyalar Parkında gəzinti və Sumqayıt Gənclərinin Hüquqi Təhsil İctimai Birliyinin nümayəndələri ilə görüşlə bitib.
XS
SM
MD
LG