Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:02

Mehman Əliyev: «Milli Şurada müxalifətin seçkidə iştirakını əngəlləməkdə maraqlı qüvvələr var» [Video]


-


«Mənim vahid namizədlik iddiam yoxdur. Ancaq ictimai maraq varsa, buna getmək olar», – bunu Milli Şuranın üzvü, «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev AzadlıqRadiosunun «İşdən sonra» proqramına müsahibəsində deyib.

«Mənimlə danışıqlar aparılmayıb, ayrı-ayrı formada deyilib ki, «sən getsən, ardınca gedərik. Ancaq son bir ay ərzində hansısa müzakirə olmayıb. Təkliflər formasında, fərdi şəkildə olub» - Mehman Əliyev belə deyib. Müsahibəni qısa mətni ilə tanış olun:

– Milli Şuranın seçkilərə qatılmaq niyyəti var?

– Vaxta az qalıb, vəziyyət kritikdir. Milli Şura artıq qərar verməliydi. Milli Şurada müxalifətin seçkidə iştirakını əngəlləməkdə maraqlı qüvvələr var. Belə görünür ki, onlar sifariş yerinə yetirirlər. Qərar lazımdır, aydınlıq lazımdır, ancaq qərar yoxdur. Dünənki kompromis MŞ-nın dağılmasının qabağını aldı, ancaq məsələni həll etmədi, durum daha da kritikləşdi.

– Bu əngəl yaradan qüvvələrin MŞ-da nə qədər önəmi və gücü var?

– Deyə bilmərəm nə dərəcədə, ancaq MŞ-nın vahid qurum kimi fəaliyyət göstərməsinə ciddi problem yarada bilərlər. Yaxın bir həftədə hər şey bilinəcək. Məndə şübhələr çoxdan vardı, təəssüf ki, özünü doğruldub, reallaşıb...

– Dünən çıxış edib demişəm ki, 2003-dən vahid namizəd ideyasına qarşı çıxmışam. Bu ideya vətəndaş cəmiyyətində çaşqınlıq yaradır, dağıdıcı durum yaradır. Azad və ədalətli seçkilər uğrunda vahid hərəkat olsun. Əsas məsələ xalqın seçimini təmin etmək, xalqı hərəkətə gətirməkdir. Dekabrda müzakirə olunanda mən dedim ki, vahid namizəd ideyasının əleyhinəyəm. Həmişə problem yaradır. Bu ideya kifayət qədər destruktiv rol oynayıb. Milli qüvvələri iflic vəziyyətinə salır.

– Tərəddüd edirsiniz?

– Ciddi məsələdir, böyük məsuliyyətdir. Xalqın qarşısında məsuliyyətdir. Seçkiyə tək getmirsən, kimlərləsə gedirsən. Bilməlisən ki, həmin şəxslərlə axıra qədər gedəcəksən...

– Milli Şura qərar verməlidir, kiminlə gedirsən? Konkret 2 nəfər mənim adımı çəkdi... Birbaşa məsələ qoyulaydı ki, filankəs olsun. Buna da hazır deyillər. MŞ-nin özündə də formalaşmış vahid mövqe yoxdur. Mən deyim ki, gəlin dalımca və sairə, düzgün olmazdı...

– Bacarmadınız, yoxsa istəmədiniz?

– MŞ ancaq müəyyən qərarlar veriləndə yığılır və mövqeyini bildirirdi. MŞ-nın özündə həmin şəxslərə qarşı müəyyən etimad vardı. Yəni müəyyən qədər məxfilik lazımdır də. İndi kritik duruma düşmüşük. Söhbət açıq qərardan gedir. İndi MŞ-nın vahid namizədi prosesin özünə əngələ çevrilib. Və bunu dəstəkləyən qüvvələr var. Yaxın bir həftədə hər şey aydın görsənəcək. Söhbət ondan gedir ki, bundan sonra nə olacaq. Bir həftəyə hər şey bitəcək. Kimin kimə işlədiyi, kimin bu proseslərdə səmimi olduğu bəlli olacaq.

– Heç vaxt çəkinməmişəm. Bu gün mənim qərarım deyil ki, Mehman Əliyev namizəd olsun. Cəmiyyətin istəyidir, cəmiyyət bunu görür. 55 yaşım var, bu yolu həmişə, uşaqlıqdan getmişəm. Axıradək gedəcəyəm.

Şərhləri göstər

XS
SM
MD
LG