Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:27

Yağış yağacaq


-
Avqustun 21-də Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Gecə 19-24, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Departament bildirir ki, rayonlarında yağışlı hava şəraiti, temperaturun bir qədər enməsi kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq. Yalnız Şəki-Zaqatala zonasında intensiv yağıntılar yığılmış tütün yarpaqlarının qurudulmasını bir qədər çətinləşdirəcək, lakin torpaqda məhsuldar rütubət ehtiyatlarının artmasına səbəb olacaq.

Ümumiyyətlə, ehtimal edilən hava şəraiti bağlarda meyvələrin və süfrə üzümünün, bostanlarda tərəvəzin yığımında, çoxillik otların biçini və becərmə işlərinin aparılmasında mühüm çətinliklər yaratmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG