Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:23

Ali təhsil müəssisələrinə qəbul olanlar qeydiyyatdan keçməlidirlər


-
2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 20-dən 29-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyent qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduğu ali təhsil müəssisəsindən öyrənməlidir.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məlumat yayıb.

Qurum bildirir ki, bu müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
XS
SM
MD
LG