Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:50
-
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Urals» markalı neftin Bakı-Novorossiysk neft kəməri vasitəsilə geriyə nəqli üçün Rusiyanın «Rosneft» şirkəti ilə danışıqlar aparır.

AzərTAc xəbər verir ki, ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində belə deyib.

ARDNŞ prezidenti bildirib ki, «Rosneft» şirkəti ilə aparılan danışıqlara əsasən, ilkin mərhələdə Bakı-Novorossiysk kəməri ilə 5 milyon ton həcmində Rusiya nefti Azərbaycana idxal olunacaq:

«Həmin neftin bir hissəsi Bakı Neft Emalı Zavodunda emal olunacaq, qalanı isə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql olunaraq Ceyhan limanından Avropa bazarına çıxarılacaq. Bütün bunlarla bağlı dəqiq hesablamalar aparılır və ilin sonunadək «Rosneft» şirkəti ilə hər hansı razılıq əldə olunacağı planlaşdırılır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG