Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:40

Təhsil naziri Siyəzənə gedir


-
Təhsil naziri Mikayıl Cabbarov avqustun 24-də Siyəzən şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Təhsil Nazirliyi xəbər yayıb.

Siyəzən şəhərində Gənclər Evində keçiriləcək qəbula Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşlar gələ bilərlər. Görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin «Qaynar xətt» xidmətinin 146 nömrəli telefonuna və ya office@edu.gov.az elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG