Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:51

Musharraf Bhutto-nin qətlinə görə ittiham olundu


-
Pakistan məhkəməsi ölkənin keçmiş lideri Pervez Musharraf-ı eks-baş nazir Benazir Bhutto-nun 2007-ci ildə qətlində ittiham edib.

Məhkəmə Musharraf-a qarşı qətl və qətli planlaşdırma ittihamları irəli sürüb. Qapalı iclasda Musharraf günahsız olduğunu bildirib. Məlumatlara görə, Musharraf-ın maşını yaxınlaşan zaman məhkəməyə gedən yola yüzlərlə polis yerləşdirilib.

Avqustun 6-da məhkəmə gözlənən ittihamnamənin oxunmasını ertələyib. Çünki prosesə gəlmək Musharraf-ın həyatı üçün təhlükəli olub.

Musharraf martda ölkəsinə qayıdandan sonra bir sıra ittihamlarla üzləşib. Birinci dəfədir ki, Pakistanda keçmiş ordu başçısı cinayətdə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG